Gürcüstanda matəm elan olundu

Gürcüstan hökumətinin qərarı ilə Mindeli kömür mədənində baş vermiş faciə ilə bağlı aprelin 6-sı ölkədə matəm günü elan olunub.

Yenicag.az xəbər verir ki, sabah ölkə ərazisində dövlət bayraqları endiriləcək və faciə qurbanlarının xatirəsi yad olunacaq.

Qeyd edək ki, Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində 6 nəfər ölüb, 3-ü isə ağır xəsarətlərlə xilas edilib.