Gürcüstanda matəm günü elan olunub – Qərar

Gürcüstanda oktyabrın 11-i matəm günü elan olunub.

Yenicag.az xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

Qərara əsasən, Batumi şəhərində binanın çökməsi nəticəsində həlak olan vətəndaşların xatirəsinə ehtiram olaraq həmin gün ölkə ərazisində dövlət bayraqları endiriləcək.