!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstanda meşədə itkin düşən 7 gəncdən XƏBƏR VAR

Gürcüstanın Abastumani kurort qəsəbəsində meşədə itkin düşən 7 gənc tapılıb.

Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.

Qeyd olunub ki, gənclərin hamısı sağ-salamatdır və həyatları üçün heç bir təhlükə yoxdur.

Axtarış-xilasetmə əməliyyatında 50-yə yaxın xilasedici və reyncer iştirak edib.

***

Gürcüstanın Abastumani kurort qəsəbəsində 7 gənc itkin düşüb.

Onlarla əlaqə üç gün öncə kəsilib.

Meşəyə piknikə yollanan gənclərin axtarışlarına 40 nəfər xilasedici və reyncer, həmçinin dron da cəlb olunub.

İtkin düşənlərin birinin Axaltsixedən olan müəllim, digərlərinin isə onun tələbələri olduğu bildirilir./Report/

www.yenicag.az

233
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100