Gürcüstanda meşədə yanğın oldu

Gürcüstanın cənubunda Borjomi meşəsində yanğın baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi 2” telekanalı məlumat yayıb.

Yanğın Borjomi şəhərindən 18 km aralıda yerləşən Axaldaba kurort kəndi yaxınlığında baş verib. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, yanğınsöndürənlər və xilasedicilər artıq yanğını söndürməyə başlayıblar.

Yanğının çətin əldə edilən yerdə olması vəziyyəti çətinləşdirir, ona görə də onun söndürülməsində yalnız canlı qüvvə iştirak edir. Təbii fəlakətin episentrinə Tbilisidən əlavə qruplar göndərilir. Yerli sakinlər üçün təhlükə yoxdur.

COP29