Gürcüstanda mikroavtobus qəzası – Azərbaycanlılar yaralandı

Gürcüstanda Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə Tbilisi-Batumi magistralında baş verib. Qəza nəticəsində 7 nəfər yaralanıb. Yaralılardan 2-si qadındır.

Yaralılar Kutaisi hospitalına çatdırılıb. Onların durumlarının təhlükəli olmadığı bildirilir./APA/