Gürcüstanda son sutkada daha 4 321 nəfərdə koronavirusa yoluxub, 4 301 nəfər sağalaraq evə buraxılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata görə, daha 42 pasiyent infeksiyadan vəfat edib. Ölənləriun ümumi sayı 1504 nəfərə çatıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 162 475 yoluxma faktı qeydə alınıb. Yoluxanların 133 511-i sağalıb.
Karantin zonalarında 1 282, stasionar nəzarətdə isə 6 897 nəfər saxlanılır.