Gürcüstanda parlament seçkiləri hazırlığı: Mərkəzi Seçki Komissiyası barədə qərar verildi

Gürcüstan parlamenti Seçki Məcəlləsinə parlament çoxluğunun təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyasının qərar qəbulunu sadələşdirən dəyişiklikləri üçüncü və yekun oxunuşda qəbul edib.

Yenicag.az xəbər verir ki, sənəd ölkədə parlament seçkilərinə beş ay qalmış qəbul edilib.

Dəyişiklikləri 139 deputatdan 80-i dəstəkləyib.

Dəyişikliklər MSK-nın iclasında bütün MSK üzvlərinin ən azı 2/3-nin səsini tələb edən qərar qəbul edilə bilməzsə, “dalana dirənmə mexanizmi”nin yaradılmasını nəzərdə tutur.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib.

COP29