Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin II turu yekunlaşıb.
Yenicag.az xəbər verir ki, Tbilisi və bölgələrdə 1 923 seçki məntəqəsi saat 20:00-da bağlanıb.
Səsvermə prosesi seçici passivliyi fonunda keçib. Belə ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata əsasən, saat 17:00-a seçici fəallığı 21% təşkil edib. İkinci mərhələ seçici fəallığı üzrə istənilən nəticə ilə baş tutmuş hesab olunacaq.
Qeyd edək ki, Gürcüstanın 8 müxalif partiyası seçkiləri boykot edib və ilk raunda qazandığı mandatlarından imtina edib.