Gürcüstanda terror aktları törətmək üçün Odessadan Voronejə gedən partlayıcı yük saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Tbilisi daşıma təşkilatçılarının Gürcüstanın özündə terror aktları törətməyi planlaşdırdığını istisna etməyib.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, partlayıcı maddələrin ölkə ərazisindən Rusiya Federasiyasına daşınmasına 7 Gürcüstan, 3 Ukrayna və 2 Ermənistan vətəndaşı cəlb olunub.
“Partlayıcı maddələrin daşınmasının arxasında Zelenskinin “Xalqın xidmətçisi” partiyasının deputatı Andrey Şaraşidze dayanıb”, – təhlükəsizlik xidməti aydınlaşdırıb.
Partlayıcı maddələr Ukraynadan Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçməklə Gürcüstana gətirilib və yanvarın 19-da Gürcüstana çatıb.
Xuraman Etibarlı