!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda prezident seçkiləri keçirilir

!Reklam – Yazi

Gürcüstanda bugün keçirilən prezident seçkiləri üçün səsvermə başlayıb.

Yenicag.az xarici mediaya istinadən  xəbər verir ki, prezident vəzifəsi üçün 23 şəxs namizədliyini irəli sürüb.

Ekspertlərin qiymətləndirməsinə və sorğuların nəticələrinə görə, əsas mübarizə üç namizəd – keçmiş xarici işlər naziri Salome Zurabişvili, “Güc və Birlik” müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.

Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.

Qeyd edək ki, Gürcüstandakı prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində də üç seçki məntəqəsi açılıb.

www.yenicag.az

7789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv