!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda qiymətlər 3,9 faiz artıb

!Reklam – Yazi

Gürcüstanda iqtisadi geriləmə davam edir. İyul ayında ölkə iqtisadiyyatında illik inflyasiya 4,6 faiz təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında məlumat verilir.

Məlumatda deyilir ki, iyul ayında istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,2 faiz azalıb. Aylıq inflyasiya göstəricisi tütünsüz 0,4 faizə bərabər olub. İllik müqayisədə isə qiymətlərdə 3,9 faiz artım qeydə alınıb.

Bildirilir ki, ötən ay ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 0,2 faiz, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 4,3 faiz, süd, pendir və yumurtanın qiyməti 3,1 faiz, balığın qiyməti 1,9 faiz, ətin qiyməti isə 1 faiz artıb.

Tərəvəzlərin qiymətində 8,1 faiz, meyvə və üzümün qiymətində isə 2 faiz ucuzlaşma qeydə alınıb.

İllik inflyasiyaya gəlincə, qonşu ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 7,9 faiz, alkoqollu içkilər və tütünün qiyməti 13,7 faiz, nəqliyyat xərcləri 3,9 faiz, səhiyyə xərcləri isə 3,5 faiz artıb./AZƏRTAC/

www.yenicag.az

4995
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv