Gürcüstanda şaurmaxanada partlayış – Xəsarət alanlar var

Gürcüstanın Tsxaltubo şəhərində yerləşən şaurmaxanaların birində partlayış baş verib.

Yenicag.az xəbər verir ki, partlayışa qaz sızması səbəb olub.

Nəticədə 3 nəfər xəsarət alıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı istintaqa başlanılıb./Report/