!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda saxlanılan azərbaycanlı gənclər sərbəst buraxılıb

!Reklam – Yazi

309a5f7ff940cc11dc734923537e7Gürcüstanda parlament seçkiləri zamanı saxlanılan azərbaycanlı gənclər məhkəmə zalından sərbəst buraxılıb.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bu barədə saxlanılan şəxslərin yaxın qohumları bildiriblər.

Rustavi şəhərində baş tutan məhkəmə prosesi azərbaycanlı gənclərin məhkəmə zalından buraxılması ilə nəticələnib. Azad olunan gənclərə Gürcüstan Cinayət Məcəlləsinin 206-cı maddəsinin müvafiq bəndinə əsasən, 5 min lari cərimə kəsilib. Cərimə bir ay müddətinə ödənilməlidir.

Xatırladaq ki, oktyabrın 2-də Marneuli rayonunun Qızılhacılı kənd orta məktəbində yaradılan 48-ci seçki məntəqəsində səsvermə zamanı qarşıdurma baş verib. Hadisə yerinə polis qüvvələri və xüsusi təyinatlılar cəlb edilib. Nəticədə bir neçə polis xəsarət alıb. Qarşıdurmadan sonra hadisədə iştirak edən 6 azərbaycanlı saxlanıb. Sonradan onlardan biri azad edilib.

Yeniçağ.Az

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv