!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda siyasi qalmaqal

!Reklam – Yazi

siyasi qalmaqal

Gürcüstan hökumətində siyasi qalmaqal böyüyür. Gürcüstanın xarici işlər naziri Maya Pancikidze fövqəladə brifinqdən sonra istefa verib. O, hətta “Gürcü arzusu” koalisiyasndan da ayrılıb.

Müdafiə naziri İrakli Alasaniyanın baş nazir tərəfindən istefaya göndərilməsindən sonra ölkənin Avroatlantik İnteqrasiya naziri Aleksi Petriaşvili də şəxsi istəyi ilə tutduğu postdan kənarlaşdığını bəyan edib. Bu gün isə xarici işlər naziri Maya Pancekidze açıqlama verərək istefa etdiyini bildirib. Onunla bərabər daha 3 nazir müavini öz istəkləri ilə tutduqları vəzifədən uzaqlaşdırılıblar. Keçmiş müdafiə naziri İrakli Alasaniya Rustavi 2 telekanalında çıxış edərək baş prokurorluğun onun rəhbərlik etdiyi quruma qarşı məqsədyönlü təxribat hazırladığını deyib.

İstefaya gedən müdafiə naziri İrakli Alasaniya açıqlama verib:

“Mən açıq şəkildə demək istəyirəm ki, bu Gürcustanın Avro-Atlantika seçiminə qarşı bir hücumdur. Bu, öz islahatları və xarici hədəfdərə nail olmaq yolunda göstərdiyi fəaliyyəti ilə seçilən nazirliyə qarşı hücumdur”.

Keçmiş xarici işlər naziri Maya Pancekidze də ölkədə vəziyyətin nəzarətdən çıxmaq üzrə olduğunu qeyd edib:

“Mənim komandam, bu hədəfə nail ola biləcək adamlar Gürcüstan xalqının seçiminə xəyanət edə bilməz. Bugünkü qərarımızla biz ölkənin üzləşdiyi təhlükəni göstərmək istəyirik”.

Maya Pancekidzenin komandasından olan daha 14 xarici ölkə səfirlərinin istefa verəcəkləri gözlənilir.

Ümumiyyətlə, İrakli Alasaniyanın hakimiyyətdən kənarlaşdırılması ilə onun tərəfdarlarının da vəzifədən kənarlaşacaqları xəbərləri də yayılıb.

Son hadisələr o qədər sürətlə cərəyan edir ki, hər an yeni bir istefa xəbərinin gələcəyini ehtimal etmək olur. Ən təəccüb doğurucu məqam isə odur ki, istefaya göndərilən və istefa verən yüksək çinli şəxslər hazırkı hakimiyyətin, yəni “Gürcü arzusu” koalisiyasının üzvləridir. Ölkədə baş verən bu proseslərin avropaya inteqrasiyası məsələsində ciddi təhlükələr yaradacağı bildirilir.

(topnews.az)

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv