Gürcüstanda son sutkada 1 186 nəfər koronavirusa yoluxdu

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha 1 186 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 18 663 nəfərə çatıb.