Gürcüstanda son sutkada 1351 nəfər koronavirusa yoluxdu

Gürcüstanda son 24 saat ərzində koronavirusa daha 1351 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan höküməti məlumat yayıb.

Bununla da ölkədə koronavirusa yoluxma halı 21 min 208-ə çatıb.

Sutka ərzində daha 14 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 172-yə yüksəlib.

Ümumilikdə sağalanların sayı isə 9 min 3 nəfərdir.