Gürcüstanda son sutkada 2 401 nəfər koronavirusa yoluxdu

Gürcüstanda son sutka ərzində daha 2 401 nəfərə koronavirusa yoluxub, 20 pasiyent isə vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Bununla da qonşu ölkədə indiyədək virusa yoluxanların sayı 49 218-ə çatıb. Onların 33 459-u sağalıb, 401-i isə vəfat edib.

Hazırda karantin rejimində 3 160, stasionar müalicədə isə 4 489 nəfər var. Xəstəliyi simptomsuz keçirən 2 446 nəfər isə xüsusi otellərdə həkim nəzarətində saxlanılır.