Gürcüstanda son sutkada koronavirusa 1337 nəfər yoluxdu

Gürcüstanda son sutkada daha 1 337 nəfər koronavirusa yoluxub, 3 498 nəfər sağalıb, 49 pasiyent isə vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə infeksiyaya yoluxanların ümumi sayı 191 063-ə çatıb. Yoluxanların 161 681-i sağalıb, 1 839-u isə ölüb.

Hazırda karantin rejimində 986, stasionar nəzarətdə 6 912 nəfər var. 2 886 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.