Gürcüstanda Sülh Forumu keçiriləcək

Tiflisdə son illər bir neçə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib. 2020-ci ilin yazında Gürcüstanın paytaxtında Sülh Forumu keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Mamuka Baxtadze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın məqsədi ölkələrə bu günə qədər istifadə olunmamış imkanlardan yararlanmağa şərait yaratmaqla bütün bölgədə sülh və sabitliyə töhfə verməkdir./AZƏRTAC/