Gürcüstanın İmereti vilayətində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar ölkənin şərq və qərb rayonları arasında dəmiryol əlaqəsi kəsilib.
Yenicag.az bildirir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” şirkətinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, sürüşmə İmeretinin Marelisi kəndi yaxınlığında baş verib. Nəticədə bölgədən keçən dəmir yolunun bir hissəsinə, eləcə də avtomobil körpüsünə ciddi ziyan dəyib.
Səhər saatlarından etibarən yük və sərnişin qatarlarının hərəkəti dayandırılıb. Hazırda hadisə yerində xüsusi texnikalar vasitəsilə təmir işləri aparılır.