Gürcüstanda xarici agentlər haqqında qanun qüvvəyə mindi

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Qanun imzalandığı andan qüvvəyə minib: “”Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanda rəsmi olaraq qüvvəyə minib”.

Bundan sonra Ədliyyə Nazirliyi və Milli Dövlət Reyestri Agentliyinə “xarici dövlətin maraqlarını daşıyan təşkilatların” reyestri üçün portal yaratmaq üçün 60 gün vaxt veriləcək. Bu mərhələ başa çatdıqdan sonra reyestrdə qeydiyyatdan keçmək qeyri-hökumət təşkilatlarının və onlayn medianın böyük bir hissəsi üçün məcburi olacaq./unikal

COP29