Gürcüstanda Baş nazirliyə namizəd İrakli Qaribaşvili hökumətin yenilənmiş tərkibini açıqlayıb.
Yenicag.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hökumətin yeni tərkibi belə olacaq:
Regional İnkişaf və İnfrastruktur naziri – İrakli Karseladze
Ədliyyə naziri – Qoça Lortkipanidze
Daxili işlər naziri – Vaxtanq Qomelauri
İqtisadiyyat və Davamlı İnkişaf naziri – Natiya Turnava
Müdafiə naziri -Cuanşer Burçuladze
Xarici İşlər Naziri – David Zalkaliani
Maliyyə naziri – İvane Maçavariani
Təhsil, Elm, Mədəniyyət Naziri – Mixail Çxenkeli
Məcburi köçkünlərin işi üzrə, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri – Yekaterina Tikaradze
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri – Levan Davitaşvili
Sülh və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri – Teya Axvlediani
Qeyd edək ki, Gürcüstan parlamentinin yeni Nazirlər Kabinetini fevralın 22-də təsdiqləyəcəyi gözlənilir.