Gürcüstanda yerli vaxtla saat 12:47-də zəlzələ qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Məlumata görə, 3,2 bal gücündə zəlzələnin episentri Kaxeti bölgəsinin Zemo Xalatsani kəndi yaxınlığında olub.