!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda zəlzələ: Zaqatala və Qax da silkələndi

!Reklam – Yazi

Gürcüstanın Kaxeti bölgəsində paytaxt Tiflisdən təxminən 170 kilometr aralıda 4.6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən informasiya yayılıb.

Zəlzələnin episentri yerin 31 kilometr dərinliyində qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də zəlzələnin Zaqatala stansiyasından 43 km məsafədə, Gürcüstan ərazisində 4,5 bal gücündə baş verdiyini, Azərbaycanın sərhəd rayonlarında 3 bal gücündə hiss olunduğunu bildirib.

www.yenicag.az

8069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv