Noyabrın 5-də saat 17:36-da Tbilisidə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, yeraltı təkanların gücü Rixter cədvəli üzrə 2.9 bal gücündə olub.
Zəlzələnin episentri Gürcüstanın paytaxtı Tbilisidən 11 kilometr aralıda Patara Lilo ərazisində olub. Şəhərin Varketili və Lilo rayonlarında yeraltı təkanlar daha çox hiss edilib.
Dağıntı və tələfat barədə hələlik heç bir məlumat yoxdur.