Gürcüstandakı torpaq sürüşməsində ölənlərdən biri azərbaycanlıdır

Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərdən birinin azərbaycanlı olduğu müəyyənləşib.

Yenicag.az xəbər verir ki, söhbət 18 yaşlı Samirə İsayevadan gedir.

Məlumatı gənc qızın ailəsi mətbuata təsdiq edib.

“Səhər meyitin tanınması ilə bağlı bizimlə əlaqə saxladılar, atam onu ​​tanıdı” – Samirə İsayevanın qardaşı İsgəndər İsayev bildirib./Qafqazinfo/