Gürcüstandan Azərbaycana keçmək istəyən 10 nəfər saxlanıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidməti məlumat yayıb.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan vətəndaşı Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

COP29