Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə ediləcək.
Bu barədə Yenicag.az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə edilənlərdən 97-si Azərbaycan, 240-ı Gürcüstan, 6-sı Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə, 3-ü Ukrayna və 1-i Pakistan vətəndaşıdır.
Təxliyə olunacaq şəxslər bu gün Marneulidəki klinikalardan birində koronavirusla bağlı test veriblər. Test cavabı neqativ olan şəxslər sentyabrın 14-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2500-dən çox azərbaycanlının təxliyəsi həyata keçirilib.