!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstandan gətirilən 90 tona yaxın kartof geri qaytarıldı - SƏBƏB

Gürcüstandan idxal olunan ərzaqlıq kartof məhsulu partiyalarında karantin tətbiq edilən zərərverici aşkar olunub.

Bu barədə Yenicag.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs “ZE-DENT” MMC tərəfindən Gürcüstan Respublikasından idxal edilən ümumi çəkisi 89.6 ton ərzaqlıq kartof məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ditylenchus destructor Thor.” – kartofun gövdə nematodu) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 89.6 ton ərzaqlıq kartof məhsulu partiyalarının Gürcüstan Respublikasına geri qaytarılması barədə qərar qəbul edilib.

 

 

www.yenicag.az

135
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100