Gürcüstandan “Lotu Quli” ilə bağlı qərar – Foto

imageQalmaqallı azərbaycanlı dustaq Nadir Səlifovun (“Quli” ləqəbi ilə məşhurdur) səs-küylü işi ətrafında tam bir qarışıqlıq və anlaşılmazlıq hökm sürür. Azərbaycan hakimiyyəti məşhur qanuni oğrunu azadlığa buraxmamaqda qərarlıdır.

Onun Gürcüstana da yolu bağlıdır, belə ki, Gürcüstan Ədliyyə Nazirliyinin Nadir Səlifovu Gürcüstan dövlətinin vətəndaşı kimi tanıması ilə bağlı birmənalı qərarını əks etdirən sensasiyalı bəyanatına baxmayaraq, Azərbaycan özünün Ədliyyə Nazirliyinin timsalında məşhur cinayətkarı öz vətəndaşlarının sırasına daxil edib.

Bundan əvvəlki məqalədə deyildiyi kimi, N.Səlifov Gürcüstan SSR-in Dmanisi rayonunun Mamışlo kəndində anadan olub, orada da orta təhsil alıb. 26 may 1989-cu il tarixində Gürcüstan SSR DİN tərəfindən ona ilk qeydiyyat ünvanı ilə sovet pasportu verilib.

Bu da N.Səlifovun Gürcüstan pasportu:

Təlatümlü 90-cı illərin əvvəllərində N.Səlifov dostu və həmyerlisi Otar Bədəlovla birlikdə Bakıya köçürlər və buradaca ilk cinayətlərini törədirlər. Yeri gəlmişkən, sonradan əfsanəvi qanuni oğru “Otar” olmuş Otar Bədəlov da Quli kimi Gürcüstanda anadan olub və böyüyüb. Bircə fərqlə ki, Marneuli rayonunda.

Səhv ucbatındanmı, məhkəmə səhlənkarlığındanmı, Quli və Otarın uzun müddətli həbs cəzasına məhkum olunduqları 1996-cı ilin dekabr ayında verilmiş hökmdə Otar Bədəlov Gürcüstan, Nadir Səlifov isə Azərbaycan vətəndaşı kimi göstərilib.

Görünür, məhkəmə Nadir Səlifovu yalnız bu səbəbdən Azərbaycan vətəndaşı kimi qeyd edib ki, həmin vaxt o, Bakı şəhəri, Bakıxanov qəsəbəsi (keçmiş Razin), Axundzadə küçəsi, ev №36-da qeydiyyatda idi. Halbuki, elə həmin hökmə əsasən, O.Bədəlovun da Bakı qeydiyyatı olub. Ola bilsin ki, məhkəmə o zaman Quli üçün taleyüklü səhvə yol verib. Bu hakimin yeganə səhvi deyil, belə ki, tərcümeyi-halında N.Səlifov evli kimi qələmə verilir, halbuki, o zaman nikahda deyildi.

Həmin hökmdən savayı, bircə sənəddə belə N.Səlifovun Azərbaycan vətəndaşlığı barədə qeyd yoxdur. Bu azmış kimi, onun heç vaxt nə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi, nə də ümumvətəndaş pasportu olmayıb. Onun heç ağlına da gəlmirdi ki, bu sənədlərə görə müraciət etsin, çünki özünü tam hüquqlu Gürcüstan vətəndaşı hesab edirdi.

Lakin Qaradağdakı həbsxanada tək adamlıq hücrədə tənha məhbusu dustaq kimi saxlamağa qərar vermiş kəslər min bir bəhanə ilə Gürcüstan vətəndaşını (Gürcüstan Ədliyyə Nazirliyinin və Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəsmi məktublarına əsasən) Azərbaycan vətəndaşlarının siyahısına əlavə etməyə çalışırlar. Azadlığa yolunu həmişəlik qapamaq üçün. Standart cinayət işi də həmişə əllərinin altındadır – narkotik maddə atmaq, yaxud da daxili rejimi pozmaqda günahlandırmaq mümkündür. Hüquq-mühafizə orqanlarının əməkdaşlarını yaradıcılıq istedadının yoxluğunda suçlamaq çətindir.

Qulinin Gürcüstana ekstradisiyasının əleydarlarının yapışa biləcəyi bircə ipucu var – onun Bakı qeydiyyatı. Lakin Azərbaycanın Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 62-ci maddəsinə müvafiq olaraq, məhkum olunduqdan sonra şəxsin yaşayış yeri üzrə qeydiyyatı ləğv edilir. Yalnız məhkumluq müddəti başa çatdıqdan sonra azad edilmiş vətəndaş məhkəmə qaydasında qeydiyyat hüququndan məhrum olması barədə qərarın ləğvini və əvvəlki mənzilində yaşamaq hüququnu tələb edə bilərdi.

Beləliklə, əvvəlki qanun hətta nəzəri cəhətdən belə Qulinin Azərbaycan vətəndaşlığını bəhanə kimi göstərməklə əbədilik məhbus kimi saxlanılmasını tamamilə mümkünsüz edir.

Digər tərəfdən, soruşmaq olar ki, bu qatı cinayətkar Azərbaycanın nəyinə lazımdır axı? Əgər o, cəmiyyət üçün təhlükəlidirsə və islah olunması ağlasığmazdırsa, onun Bakıda məhkumluq müddətini artırmaq nəyə gərəkdir? Doğrudanmı qisasa görə? Amma adam 20 ildən çoxdur ki cəza çəkir. Başqa bir ölkəyə, həm də özünün can atdığı ölkəyə deportasiya edərək, ondan yaxa qurtarmaq daha yaxşı olmazmı? Elə Gürcüstan özü də onu sevincək qəbul etməyə hazırdır. Və göründüyü kimi, yalnız qəbul etməklə kifayətlənməyib, öz vətəndaşı uğrunda mübarizənin hüquqi imkanlarını da araşdırmaqdadır. Ələlxüsus da nəzərə alsaq ki, həmin vətəndaş bütün cinayət əməllərini başqa bir dövlətin ərazisində törədib. /Avropa.info

COP29