Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Gürcüstandan Marsla bağlı çılğın LAYİHƏ

Gürcüstan Marsı fəth etmək üçün iddialı plan hazırlayıb.

Yenicag.az xəbər verir ki, “Qırmızı planet”də şərab istehsal etmək istəyən Tbilisi NASA-dan bu məsələdə kömək istəyib.

Layihə çərçivəsində “IX Millennium” layihəsi hazırlanıb. Bir qrup gürcü araşdırmaçı tərəfindən hazırlanan layihə şərab istehsalının planetlərarası səviyyəyə çıxarmağı hədəfləyir.

“IX Millennium” layihəsinin müəlliflərindən olan Nikoloz Doborjqinidze “Daily Mail”ə verdiyi açıqlamada NASA ilə əməkdaşlıq etməyə ümidləri olduğunu bildirib: “Gürcülər dünyada ilk dəfə şərab istehsal edənlər olub. İndi də qonşu planetdə bu işə liderlik etməyi planlaşdırırıq”.

Qeyd edək ki, “IX Millennium” Gürcüstan Kosmos Araşdırmaları Agentliyi, Tblisi Ticarət və Texnologiya Universiteti, Milli Muzey və “Space Farms” şirkəti tərəfindən ərsəyə gətirilib.

Arxeoloji araşdırmalara görə, Gürcüstanda şərab istehsalı ilk dəfə təxminən, 8 min il öncə mövcud olub. Ölkədə hazırda 500-ə yaxın üzüm çeşidi var.

NASA-ya görə, Marsda insanların fəaliyyətə başlamasına 25 il içində start verilməlidir. (publika.az)

www.yenicag.az

6709