!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstandan ölkəmizə qaçaqmalın keçirilməsinin qarşısı alınıb

!Reklam – Yazi

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Qaz-3110” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Yeniçağ.Az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin altından 88 qutu pirotexniki vasitələr, avtomobilin salonundan qutularının üzərində “R-1” yazısı olan 2 000 ədəd aksiz markasız siqaretlər, sürücünün üzərində aparılan yoxlama zamanı isə gömrük orqanına bəyan olunmayan 2 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Yeniçağ.Az

www.yenicag.az

767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv