Gürcüstanın Azərbaycana 7 milyona yaxın borcu var

Gürcüstanın Azərbaycana 6,874 milyon ABŞ dolları həcmində dövlət borcu var.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Noyabrın 1-i tarixinə olan məlumata görə, ümumilikdə Gürcüstanın xarici dövlət borcu 5 419 812 milyon ABŞ dollarıdır. Bunun 5 212 904 milyon dolları hökumətin borcudur.

Gürcüstanın ən çox borcu olduğu ölkələr sırasında ilk üçlükdə Almaniya (315,251 milyon dollar), Fransa (234,0911 milyon dollar) və Yaponiya (215,366 milyon dollar) yer alıb.