Gürcüstanın Baş naziri: Gürcüstanla Rusiya arasında danışıqlar davam etdirilir

Gürcüstanla Rusiya arasında danışıqlar prosesinin dayandırılmasını düşünənlər çox səhv edirlər. Biz danışıqları davam etdirməliyik.

Yenicag.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazirinin Rusiya ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze söyləyib.

Xüsusi nümayəndə danışıqlar prosesinin dayandırılmasının Gürcüstana böyük zərər vuracağını bildirib.

Qeyd edib ki, hazırda Gürcüstanla Rusiya arasında danışıqlar xüsusi nümayəndələr səviyyəsində davam edir. Danışıqları Gürcüstan tərəfindən o, Rusiya tərəfindən isə xarici işlər nazirinin müavini Qriroqi Karasin aparırlar.

Z.Abaşidze martın 4-də parlamentdə Gürcüstanla Rusiya arasındakı münasibətlərin mövcud vəziyyəti, danışıqların nəticələri və perspektivləri, eləcə də 2011-ci ildə imzalanmış gömrük razılaşması barədə deputatlara məlumat verəcək./AZƏRTAC/

COP29