Gürcüstanın Baş nazir Mamuka Baxtadze istefa verib.
Yenicag.az xəbər verir ki, M.Baxtadze vəzifəsini tərk etməsi barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb:
“İstefa vermək barədə qərar qəbul etmişəm, belə ki, indiki mərhələdə missiyamı yerinə yetirdiyimi hesab edirəm”.
O bildirib ki, hakim Gürcü Arzusu Partiyasının üzvü olub və bundan sonra da üzvü qalacaq.
Təsdiqlənməmiş məlumata görə, Giorgi Qaxaria Baş nazir vəzifəsində Mamuka Baxtadze ilə əvəz olunacaq və İrakli Qaribaşvili daxili işlər naziri vəzifəsinə qayıdacaq.
Qeyd edək ki, M.Baxtadze 2018-ci ilin iyunundan Gürcüstanın baş naziri idi. O, 2017-2018-ci illərdə maliyyə naziri, həmin vaxta qədər isə “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru vəzifəsini tutub.