!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanın Baş naziri müxalifətlə debatdan imtina etdi

!Reklam – Yazi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətlə debatdan imtina edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı İrakli Kobaxidze jurnalistlərə məlumat verib.

Hökumət başçısının sözlərinə görə, müxalifətin hakimiyyətlə debata bir neçə şansı var idi. Onlar bu şansları əldən veriblər.

“Məsələn, məni parlamentə dəvət etməli idilər, amma heç vaxt bunu etmədilər. Mən illik hesabatımı verəndə parlamentə gəlməyə cəsarət etmədilər. Belə bir şəraitdə müxalifətin debatlardan danışması heç bir əhəmiyyət kəsb etmir”, – deyə Baş nazir vurğulayıb.

Kobaxidze deyib ki, hökumət istənilən şəxslə debata hazırdı./Azertag/

COP29

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv