!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanın baş naziri Tramp və Pens ilə görüşüb

!Reklam – Yazi

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens ilə görüşüb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat verib.

«Mayk Pens ilə görüşdə strateji əməkdaşlığın əsas məsələləri və münasibətlərin gələcək perspektivləri nəzərdən keçirilib”, məlumatda deyilir.

Donald Trampla görüşündən sonra Georgi Kvirikaşvili bildirib ki, rəsmi Vaşinqton strateji tərəfdaş qismində Gürcüstanı dəstəkləməkdə davam edəcək və iki ölkə arasında münasibətlər daha da dərinləşəcək.

Qeyd edək ki, G.Kvirikaşvili ABŞ vitse-prezidentinin dəvəti ilə Vaşinqtonda səfərdədir. Gürcüstan nümayəndə heyətinə həmçinin xarici işlər naziri Mixail Canelidze, onun müavini David Zalkaliani və baş nazirin müşaviri Tedo Caparidze daxildir.

Yeniçağ.Az

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv