Gürcüstanın Bolqarıstandakı Otar Berdzenişvili səfiri istefa verib.
Yenicag.az xəbər verir ki, o, bu barədə “X” hesabında məlumat yayıb
“Uzun diplomatik karyeram ərzində (iyirmi ildən çox) mən həmkarlarımla birlikdə Gürcüstanın Avro-Atlantik və Avropaya inteqrasiyası prosesini inkişaf etdirməyə və dostlarımızla, xüsusən də Amerika ilə güclü və etibarlı strateji tərəfdaşlıq qurmağa fəal çalışmışam. Bizim yorulmaz səylərimiz heç bir halda göz ardı edilməməlidir”, – deyə siyasətçi qeyd edib.
O, Tbilisidəki etiraz fonunda istefa verdiyini açıqlayıb./unikal