!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanın müdafiə naziri istefa verib

!Reklam – Yazi

gurcu nazir istefaGürcüstanın müdafiə naziri Tinatin Xidaşeli tutduğu vəzifədən istefa verib.

Tinatin Xidaşeli vəzifəsini iyulun ortasında tərk edəcək. Bu haqda nazir özü “Respublika partiyası”nın ofisində bəyan edib. Brifinqdə, həmçinin məlum olub ki, Xidaşelidən başqa barışıq və bərabərlik naziri Paata Zakareişvili də vəzifəsindən istefa verib. Daha bir nazir Qiqla Aqulaşvili isə vəzifəsində qalmasına baxmayaraq partiya sıralarından çıxıb.

Xidaşelinin sözlərinə görə, o, ötən gün Baş nazirlə görüşüb və iş cədvəli haqqında danışıqlar aparıb.

“Biz bu prosesi sivil şəkildə sona çatdırmalıyıq. Yekunlaşdırmalı olduğumuz bir neçə tədbir qalıb. Mən heç vaxt işlərimi yarımçıq atmıram” – deyə xanım Xidaşeli bildirib.

Gürcü nazirlər öz postlarını parlament seçkilərinə qatılmaq üçün tərk edirlər. “Respublika partiyası”nın seçki siyahısına Gürcüstan parlamentinin spikeri David Usupaşvili başçılıq edir. (Ans)

www.yenicag.az

678
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv