Gürcüstanın parlament sədrinin Azərbaycana rəsmi səfərinin tarixi və müzakirə ediləcək məsələlər açıqlanıb

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfərinin tarixi açıqlanıb.

Yenicag.az xəbər verir ki, səfər iyunun 20-21-də baş tutacaq.

Həmçinin onu da qeyd edək ki, parlament sədri Azərbaycanda müzakirə edəcəyi məsələləri də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycana rəsmi səfəri çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əkaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.