Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri istefa verdi

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.

Yenicag.az xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

L.Jvania vəzifəsindən azad olunması ilə bağlı dövlət başçısı Salome Zurabişviliyə mart ayında müraciət edib. O, mayın 1-dən etibarən vəzifəsini tərk edəcək.

Qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub./Report/

www.yenicag.az

1247