“Gürcüstanın Tsxinvali bölgəsində keçirilən “parlament seçkisi”ni tanımırıq” – XİN

Azərbaycan Xaruici İşlər Nazirliyi (XİN) Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkisi”nə dair bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, bəyanat deyilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkisi”ni, həmçinin onların nəticələrini tanımır”.

COP29