Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili martın 14-də Azərbaycana səfər edəcək.
Yenicag.az xəbər verir ki, səfərin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
Bundan başqa, İ.Darçiaşvilinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.