Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gürcüstanın yeni baş naziri məlum oldu

Reklam: Sinerji Pro

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi, daxili işlər və müdafiə naziri vəzifələrinə də yeni təyinat olub.

Gürcüstanın keçmiş müdafiə naziri Levan İzoria Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelauri daxili işlər naziri, hakim Gürcü Arzusu Partiyasının siyasi katibi İrakli Qaribaşvili isə müdafiə naziri vəzifəsinə təyin olunub.

www.yenicag.az

5410