Gürcüstanın yeni Baş naziri və hökuməti təsdiq olundu

Gürcüstan parlamenti İrakli Qaribaşvilinin rəhbərlik etdiyi yeni hökumətə etimadını bildirib.

Yenicag.az xəbər verir ki, səsvermə 89 – lehinə, iki – əleyhinə olmaqla başa çatıb.

Qeyd edək ki, Qaribaşvili hökumətinə cəmi iki yeni nazir – müdafiə naziri Cuanşer Burçuladze, eləcə də regional inkişaf və infrastruktur naziri İrakli Karseladze daxil olub.

Səsvermə qanunverici orqanın veb saytında canlı olaraq yayımlanıb.