Gürcüstanda 28 noyabrda keçirilən prezident seçkisinin nəticələri açıqlanıb.
Yenicag.az xəbər verir ki, ölkənin yeni prezidenti hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənən Salome Zurabişvilidir.
O, 59,52% səs toplayaraq seçkilərdə qalib gəlib.
Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 40,948% səs toplayıb.
Xatırladaq ki, Gürcüstanda azərbaycanlıların daha çox yaşadığı Marneuli rayonunun İmir kəndində səslərin sayılmasından sonra qarşıdurma yaşanmışdı.
Vahid Milli Hərəkat partiyasının tərəfdarları və polis arasında mübahisə yaşanmış. Əhali sənəd qaytarılmasını tələb etmişdi.
Azərbaycanlıların kopakt yaşadıqları ərazilərin böyük əksəriyyətində Qriqol Vaşadzenin qalib gəldiyini bildirmişdi.