Salome Zurabişvili Gürcüstan Prezidenti vəzifəsində ilk səfərini Avropa ölkələrinə etməyi planlaşdırır.
Yenicag.az-ın verdiyi xəbərə görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
S.Zurabişvili Brüssel, Berlin və Parisə səfər edəcəyini qeyd edib: “İlk səfərimin Avropa ölkələri və ötən gecə prezident seçilməyim münasibətilə məni ilk təbrik edən qadın prezidentin olduğu Baltikyanı ölkəyə (Litva – red.) olacağına heç kəs təəccüblənməz”./Report/