Gürcüstanla sərhəddə REKORD NÖVBƏ – 2 min maşın gözləyir

Bu gün iki minə yaxın minik avtomobili Rusiyanın Gürcüstanla sərhədindəki keçid məntəqəsinin qarşısında toplanıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, keçid məntəqəsində gözləyən yük avtomobillərin sayı isə 1 231 ədəddir.

Federal Gömrük Xidmətinin məlumatına görə, bu gün Verxniy Lars sərhəd-keçid məntəqəsində 2022-ci il üçün rekord avtomobil sırası olub.

Bu gün səhər saatlarından “Verxniy Lars ” keçid məntəqəsində 1715 nəqliyyat vasitəsi, Monqolustanla sərhəddə Kyaxta keçid məntəqəsində 80 avtomobil, Latviya ilə sərhəddə Buraçkidə 58 avtomobil və Latviya ilə sərhəddə Ubylinkada 25 avtomobil qeydə alınıb.