Güzdək qəsəbəsində fermada yanğın oldu

Abşeron rayonunun Güzdək qəsəbəsində ferma ərazisində ümumi sahəsi 25 m² olan evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 20 m² olan vaqon tipli köməkçi tikilinin taxta üzlüyü, yaxınlıqda ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 20 m² olan digər köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.