!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güzəştlər korrupsiyaya aparır - Ekspert

!Reklam – Yazi

“Azərbaycanda ictimai nəqliyyatda Avropanın bir sıra ölkələrində tətbiq edilən oxşar güzəştlərdən ümumiyyətlə uzun müddətdir istifadə edilmir. Ona görə hesab edirəm ki, belə güzəştlərin ölkəmizdə tətbiqi gözlənilən də deyil. Azərbaycan hökuməti belə bir addıma getməyəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında bir sıra Avropa ölkələrində ictimai nəqliyyatda tələbələr, məktəblilər və digər kateqoriyadan olan insanlara tətbiq edilən gedişhaqqı endirimlərinin Azərbaycanda da həyata keçirilməsi ehtimalına münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:

“Azərbaycanda sözügedən kateqoriyadan olan insanlarla bağlı belə güzəştlərin edilməsi barədə düşünülsəydi, gedişhaqqını birdən-birə 50 faiz artırmazdılar”.

Ümumiyyətlə, A.Nəsirli bütün güzəştlərin xüsusi kartlar və qaydalarla verilməsinin də əleyhinədir: “Hesab edirəm ki, istənilən cəmiyyətdə güzəşt psixoloji problem yaradır. Tələbələrə, veteran və pensiyaçılara nəqliyyatda gediş haqqı məsələsində güzəşt etmək istəyiriksə, onların aldığı təqaüdə gedişhaqqı vəsaitini əlavə etməklə məsələni həll etmək olar. Bu halda proses daha konkret və daha təmiz şəkildə olur. Amma digər halda, qeyri-şəffaf ölkələrdə güzəşt kölgəsi adı altında proses əksər hallarda korrupsiya elementlərilə müşayiət olunur. Ona görə də ümumiyyətlə bu kimi güzəştlərin əleyhinəyəm”.

Qeyd edək ki, Avropa ölkələrinin əksəriyyətində ictimai nəqliyyatda tələbələr, məktəblilər, təqaüdçülər üçün gediş haqqında müəyyən güzəştlər tətbiq edilir. Azərbaycanda da yaxın keçmişdə belə güzəştlər mövcud idi. Lakin sonradan ləğv edildi. Yalnız hüquq-mühafizə orqanlarında çalışanlar bu güzəştlərdən yararlanmaqda davam edirlər. Belə güzəştə daha çox ehtiyacı olan tələbələr, məktəblilər, təqaüdçülər isə hələ də ondan yararlana bilmirlər.

ELÇİN

www.yenicag.az

1636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv